Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 902

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 017 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 324, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 458, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 79 nəfərdir.