Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 740

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 307 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 77, ikinci doza üzrə 60, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 136-dır. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 34-dür.