Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 2034

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 445 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 271, ikinci doza üzrə 54, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 91-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29-dur.