Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 980

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 63, ikinci doza üzrə 35, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 86-dır.

Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9-dur.