Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1251

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 258 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 85, ikinci doza üzrə 53, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 109-dur.

Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11-dir.