Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 140

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 89 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 42, ikinci doza üzrə 23 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 20 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfər təşkil edib.