Vaksinasiya olunanların sayı

vaksinasiya-olunanlarin-sayi
Oxunma sayı: 1616

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 273 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 1 922 , pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 704 523, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 172, üç və daha çox doza vaksin vurduranların sayı 3 267 411, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 337 təşkil edir.