"Xəstəliyin sürətli yayılmasının qarşısı alınıb".
"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, hazırda 8 xəstə süni tənəffüs aparatına qoşulub, 6 xəstənin vəziyyəti ağırdır:
"Ölkədə xəstəliyin sürətli yayılmasının qarşısı alınıb. Əhalinin karantin rejiminin tələblərinə əməl etməsi bu prosesə çox böyük töhfə verib. Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğanın qayıtması, virusun yayılması baş verə bilər. Karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında riski böyükdür. Vaksinasiyanın bir il ərzində tapılması proqnozlarını nəzərə almalıyıq".
Son xəbərlər
Son Xəbərlər