Vaksinasiya üçün Gürcüstana 15 milyon dollar kredit ayrıldı

vaksinasiya-ucun-gurcustana-15-milyon-dollar-kredit-ayrildi
Oxunma sayı: 924

Asiya İnkişaf Bankı (ADB) Gürcüstan hökumətinə 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Bildirilib ki, həmin vəsait Gürcüstanda COVID-19 infeksiyası əleyhinə peyvəndlərin alınmasına və ölkədə vaksinasiya proqramının imkanlarının gücləndirilməsinə yönəldiləcək.

ADB-nin ayırdığı vəsait Gürcüstan əhalisinin 8 faizinin və ya 300 mindən çox vətəndaşın peyvəndlənməsinə imkan verəcək.