Vaksinasiyadan keçənlərin sayı açıqlandı

vaksinasiyadan-kecenlerin-sayi-aciqlandi
Oxunma sayı: 1972

Bu gün Azərbaycanda koronavirus əleyhinə 15 min 77 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 9 min 205, ikinci mərhələ üzrə 5 min 872 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 381 min 967, birinci mərhələ üzrə vaksin olunanların sayı 917 min 877, ikinci mərhələ üzrə isə 464 min 90 təşkil edir.