Vaksinasiyadan keçənlərin sayı açıqlandı

vaksinasiyadan-kecenlerin-sayi-aciqlandi
Oxunma sayı: 3461

Bu gün Azərbaycanda koronavirus əleyhinə  54 695 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 26 574, ikinci mərhələ üzrə 28 121 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı  3 348 427, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 138 684, ikinci mərhələ üzrə isə 1 209 743 nəfər təşkil edir.