Vaksindən imtina edən müəllimlərin sayı açıqlandı

Vaksindən imtina edən müəllimlərin sayı açıqlandı
Oxunma sayı: 3777

“Müəllimlərin vaksinasiyası ilə bağlı iş aparılır. Bakı şəhəri üzrə 38 min 185 müəllimdən 24 min 502 nəfəri vaksinasiyadan keçib”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, ümumilikdə 4 min 620 müəllim koronavirusa yoluxub:

“3400 nəfər müxtəlif səbəblərdən – həkimdən arayış gətirdiyinə görə, immuniteti olduğuna görə və b. səbəblərdən peyvəndlənmədən keçməyib. 2500 müəllim isə vaksin vurdurmaqdan imtina edib”.