Vaksinin Ərdoğana mənfi təsiri olub?

vaksinin-erdogana-menfi-tesiri-olub
Oxunma sayı: 3149

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə kütləvi peyvəndlənmə prosesindən danışıb. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün vaksin vurduran dövlət başçısı peyvəndin mənfi təsirləri barədə verilən sualları cavablandırıb.

“Sizə tətbiq olunan koronavirus peyvəndinin mənfi təsiri oldumu?”,- sualına Ərdoğan “Bu ana qədər olmayıb. Şükür ki, sağ-salamatam. 28 gün sonra ikinci peyvənd vurulacaq”,- deyə bildirib.