Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Səhiyyə Nazirliyi

vaksinin-ikinci-dozasini-56-gune-qeder-vurdurmaq-olar
Oxunma sayı: 1790

“Vaksinin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova bildirib.

O qeyd edib ki, birinci doza vaksin olunan şəxs üzrlü səbəbə görə 28 günün tamamında peyvənd vurdura bilməyibsə, 56 gün ərzində peyvənd oluna bilər. Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar daha 6 ay gözləməli olacaqlar.

Gülnar Əliyeva