“Qafqazinfo” apasport.az-a istinadən xəbər verir ki, futbolçu Fransa klubunun tibbi müayinənin nəticələrini əsas gətirərək onunla 4 illik müqaviləni pozmasından şikayət edir.
Valdesin agenti Xines Karvahal FİFA-nın reqlamentinə əsaslanaraq bildirir ki, klubun tibbi müayinənin nəticələrinə əsaslanaraq futbolçu ilə müqaviləni pozmaq hüququ yoxdur. Bundan əlavə, Karvahalın sözlərinə görə, müqavilə qapıçının zədələnməsindən əvvəl imzalanıb.
Qeyd edək ki, Valdesin müqaviləsi bu ilin iyunun 30-da bitdiyindən, o, 2014-cü ilin yanvarından digər klublarla danışıq aparmaq imkanı qazanıb.
Son xəbərlər
Son Xəbərlər