“Valensiya” yarımfinala yaxınlaşdı - Fotolar + Video

valensiya-yarimfinala-yaxinlasdi
Oxunma sayı: 1713

Avropa Liqasında ¼ final mərhələsində iki İspaniya klubu üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, səfərdə “Vilyareal”la qarşılaşan “Valensiya” 3:1 hesablı qələbə qazanıb.

Qonaqlar hesab 1:1 olarkən matçın əlavə vaxtında vurduğu 2 qol sayəsində qalib gəlməyi bacarıb.

“Valensiya” bu qələbə sayəsində 18 apreldə keçiriləcək cavab matçı üçün böyük üstünlük əldə edib.

“Vilyareal” (İspaniya) - “Valensiya” (İspaniya) - 1:3

Qollar: Kazorla, 36 - Quedes, 6, 90+3, Vass, 90+1

Penaltini qaçırdı: Daniel Parexo, 6 (“Valensiya”)