Yanvarın 31-nə keçən gecə Moskvadakı "Tretyakov qalereyası"nda təşkil olunmuş məşhur portret ustası Valentin Serovun əsərlərinin sərgisini 7 min adam ziyarət edib.
“Qafqazinfo”nun virtualaz.org-a istinadən verdiyi məlumata görə, sərginin son günü olduğundan, qalereya səhərə kimi- son ziyarətçi məkanı tərk edənə qədər çalışıb.
"Rossiya 24" telekanalı qalereyanın mətbuat xidmətinə istinadən bildirir ki, əslində Serovun əsərlərinin sərgisi ötən bazar günü bitməli idi, lakin ziyarətçi marağını nəzərə alaraq, sərginin müddəti bir həftə uzadılıb.
Qeyd edək ki, Serovun sərgisi Rusiya mətbuatında fenomenal hadisə kimi qiymətləndirilib. SSRİ və müasir Rusiya tarixində hələ heç bir rəsm sərgisi belə maraqla qarşılanmayıb.
Son xəbərlər
Son Xəbərlər