Valeri Meladzenin 6-cı övladı dünyaya gəldi

valeri-meladzenin-6-ci-ovladi-dunyaya-geldi
Oxunma sayı: 2301

Rusiyanın Əməkdar artisti, 56 yaşlı Valeri Meladzenin qızı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə İnstaqram səhifəsində yazıb. Onun sözlərinə görə, qızı aprelin 12-də dünyaya gəlib.

“Bu yaz həyatımıza parlaq günəş və böyük sevinclə daxil oldu. Albina, səni sevirəm! Bu ecazkar dünyanı təzədən yeni bir insanla öyrənəcəyik. Apreli çox sevirəm. Özüm də bu ay dünyaya gəldiyim üçün aprel insanları mənə daha yaxındır”, - deyə Meladze yazıb.

O, qızının adını açıqlamayıb.

Qeyd edək ki, müğənni Albina Canabayeva ilə 2014-cü ildə ailə quran Valeri Meladzenin bu nikahdan Konstantin və Luk adlı daha iki oğlu var. Meladzenin 1989-2012-ci illərdə evli olduğu İrina Meladzedən isə üç qızı dünyaya gəlib.