“Qafqazinfo”nun məlumatına görə, aprelin 17-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək ifaçı bu gün media nümayəndələri ilə görüşüb.
“Bakını çox sevirəm, buraya ilk gəlişim deyil. Sevdiyim insanların qarşısında çıxış edəcəyim üçün fərəh hissi keçirirəm. Sabah mənim doğum günümdür, xoş günümü sizlərlə möhtəşəm keçirəcəyimə əminəm. Sabah köhnə və yeni mahnılarımı səsləndirəcəm”-, deyə 46 yaşlı müğənni bildirib.
Qeyd edək ki, ifaçını Üzeyir Hacıbəyli adına Simfonik Orkestrı müşayiət edəcək.
Son xəbərlər
Son Xəbərlər