Valeriyanın oğlu həftə ərzində 3-cü dəfə qəzaya düşdü

valeriyanin-oglu-hefte-erzinde-3-cu-defe-qezaya-dusdu
Oxunma sayı: 1503

Rusiyanın Xalq artisti Valeriyanın oğlu Arseni Şulqin həftə ərzində üçüncü dəfə yol qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənninin oğlu sosial şəbəkədə paylaşım edib. O “story” paylaşaraq “Dostlar, düşünə bilərsiniz ki, bu bir zarafatdır. Ancaq zarafat deyil. 3-cü dəfə qəzaya düşdüm” yazıb.

Arseninin sözlərinə görə, qəza zamanı ciddi xəsarət almayıb. Sadəcə avtomobillər bir-biri ilə yüngülvari toqquşub.

“Dəhşətli bir şey olmadı. Maşınımın nömrə nişanı çərçivəsini dəyişməliyəm. Heç yol polisi də çağırmadıq”, - deyə Arseni bildirib.

Xatırladaq ki, ifaçının oğlu dekabrın 8-də sevgilisi ilə Sankt-Peterburqa anasının konsertinə gedərkən qəzaya düşmüşdü. Yaş yolda sürüşən avtomobil maneəyə çırpılmışdı. Gənclərin hər ikisi xəstəxanaya yerləşdirilmişdi.

Hadisədən bir neçə gün sonra xəstəxanadan evə buraxılan Şulqinin başına ikinci qəza hadisəsi gəlmişdi. Belə ki, içərisində olduğu taksi avtobusla toqquşmuşdu.