Valideynini öldürən kişini və atasını maşınla vurdu

valideynini-olduren-kisini-ve-atasini-masinla-vurdu
Oxunma sayı: 4873

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Quşçular kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili piyada, 76 yaşlı Müzəffər Salmanovu vuraraq öldürüb.

Hadisədən sonra M.Salmanovun oğlu “VAZ” markalı avtomobillə atasını vuran avtomobilin sürücüsünü və onun atası Əli Nağıyevi vurub.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli