Valideynləri “Bizimləsən” verilişində axtarırdı, meyiti dənizdən tapıldı

valideynleri-bizimlesen-verilisinde-axtarirdi-meyiti-denizden-tapildi
Oxunma sayı: 6555

Sumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu müəyyən edilib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Xəzər dənizinin Sumqayıt sahilində “Katamaran” istirahət mərkəzinin ərazisində dənizdən kişi meyiti tapılıb.

Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmənin iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan “Bizimləsən” verilişinə müraciət etmişdi. Məlumata görə, Q.Zalov atasının ona şillə vurmasına görə yaşadığı evi tərk edibmiş.