Valideynləri siyasi məhbusdan imtina etdi

valideynleri-siyasi-mehbusdan-imtina-etdi
Oxunma sayı: 4839

 

Hazırda mühacirətdə yaşayan keçmiş siyasi məhbus Rəsul Mürsəlovun valideynləri ondan imtina ediblər.

“Qafqazinfo” virtualaz.org saytına istinadən xəbər verir ki, öz oğlundan imtina bəyanatını R.Mürsəlovun atası Maarif Mürsəlov yazıb və həmin müraciətini Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli

Təhlükəsizlik Nazirliyinə və Ombudsman Aparatına göndərib.

“Biz oğlumuz Rəsulun siyasi fəaliyyətini dəstəkləmir və ondan imtina etdiyimizi bəyan edirik. Bunu nəzərə almağınızı və Rəsul Mürsəlovu bundan sonra bizim ailə ilə əlaqələndirməməyinizi xahiş edirik” - deyə Mürsəlovlar ailəsinin imzaladığı bəyanatda deyilir.