Valyuta ehtiyatları artıb

valyuta-ehtiyatlari-artib
Oxunma sayı: 1898

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları martın 1-nə 4 369,3 milyon ABŞ dolları təşkil edib.

"Qafqazinfo" AzərTac-a istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 42,1 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən Mərkəzi Bankın valyuta ehtiyatları 394,9 milyon dollar artıb.