Valyuta ehtiyatlarının həcmi azalıb

valyuta-ehtiyatlarinin-hecmi-azalib
Oxunma sayı: 1765

2021-ci ilin 29 yanvar tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 365 milyon 200 min dollar təşkil edib. 

“Qafqazinfo” xəbər verir ki, ötən ilin sonunda isə ehtiyatlar 6 milyard 369 milyon 400 min dollar təşkil edib.  

Bu da ötən dövrlə müqayisədə ehtiyatların 4,2 milyon dollar azalmasıdır.

Günel Türksoy