“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Arbitiraj Məhkəməsi(CAS)Suarezə yeni komandası ilə məşqlərə çıxmaq və qeyri-rəsmi matçlarda oynamaq imkanı verib.
Braziliyada keçirilən dünya çempionatında Suarez İtaliya millisinin üzvü Kiyellininin çiynini dişlədiyinə görə FİFA tərəfindən ağır cəzalanmışdı. Suarezə 4 ay futboldan uzaqlaşdırılmaq, məşqlərdə iştirak etməmək və 9 oyun Uruqvay milli komandasından kənarda qalmaq cəzaı verilmişdi. CAS isə bu cəzanı bir qədər yüngülləşdirərək Suarezə yeni komandası,“Barselona” ilə məşqlərdə iştirak etmək və qeyri rəsmi matçlara çıxa bilmək şəraiti yaradıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər