"Qafqazinfo" xəbər verir ki, Uruqvayın ulduz futbolçusu Luis Suarez italyan müdafiəçi Kiyellininin çiynindən dişləyib. Suarezin dişi o qədər iti olub ki, hətta diş izi zərərçəkənin çiynində də qalıb. Lakin bu Suarezin birinci belə hərəkəti deyil. O, "Ayaks"da oynadığı vaxtda "Feyenord"un futbolçusu Otman Bakkalı, daha sonra isə "Çelsi"nin müdafiuəçisi Branimir İvanoviçi dişləyib.
Xatırladaq ki, Uruqvay İtaliyanı 1-0 hesabı ilə məğlub edərək play-off a vəsiqə qazanıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər