Modelyer Şəlalə Maqsudova yeni “Vampirlər” kolleksiyasını təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, modelyer bu kolleksiya ilə bəzi insanlara güzgü tutumaq istəyini bildirib:
“Azğınlaşan, qəddarlaşan, var-dövlət, ad-san üçün iyrənc əməllərə əl atan insanların vampirləşdiyini ön plana çəkmək istədim. Bəzi insanlar bu vampirlərə baxanda qıraqdan çox eybəcər göründüklərini görsünlər. İnsanlar zalımlaşıb, qəddarlaşıblar, bir-birilərindən istifadə edirlər, işlərini yoluna qoymaq üçün min cür dona girirlər. Amma işləri düzələndə iyrənc sifətləri ortaya çıxır. ətrafımızda zalım, qaniçən, rəzil insanlar çoxdur. Bu kolleksiyam vasitəsilə onlara demık istəyirəm ki, bir gün iyrənc əməllərinizə görə cavab verəcəksiniz. Mən də vampir kimi insanlarla çox rastlaşmışam, lakin yaxşı dostlarımın sayəsində yenidən həyata dönüb yaradıcılıqla məşğul olmuşam”.
Bir aya ərsəyə gələn kolleksiya üçün fotosessiya da edilib. Layihədə olan obrazların qrimini vizajist Esmira İsmayılova işləyib. Fotoların müəllifi Ruslan Teymurfilatovdur.
Kolleksiyada 10 model iştirak edib. Onlar Adil İsmayılov, Anar Maqsudov, Mehdi Babazadə, Sevinc Əliyeva, İlhamə Əliyeva, Pərvin Əliyevadır.
Qeyd edək ki, bundan əvvəl modelyerin “İlan ili” və “Ağ-qara” dünyam kolleksiyaları maraqla qarşılanıb.
Könül
Son xəbərlər
Son Xəbərlər