Van Dammın gəlini olan azərbaycanlı kimdir? - Fotolar

van-dammin-gelini-olan-azerbaycanli-kimdir
Oxunma sayı: 20576

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu, 34 yaşlı Kristofer Van Barenberqlə (Kris Van Damm) nikah bağlayan azərbaycanlı Suada Hacızadənin kimliyi ictimaiyyət arasında marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu ildə Bakıda dünyaya gəlib.

Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zülfüqarovun rəhbərlik etdiyi ansambla gətiriblər.

Suadanın anası və nənəsi şeirlər, poemalar yazıb. O, eyni zamanda Azərbaycanın məşhur tarzənlərindən biri - Şirin Axundovun qohumudur.

İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlayıb. Sonra isə Namiq Axundov adına 1 saylı orta məktəbdə təhsilini davam etdirib. 

7 sentyabr 2012-ci il tarixində Estoniyanın Tallin şəhərində “Narva ulduzları yandırır” adlı beynəlxalq fortepiano müsabiqəsində III yer laureatı, Azərbaycan bəstəkarlarının əsərlərinin parlaq ifasına və xüsusi improvizasiyalarına görə diploma layiq görülüb. 22-23 mart 2013-cü ildə Estoniyanın Narva şəhərində dahi bəstəkar İohan Sebastyan Baxın şərəfinə gənc pianoçular arasında keçirilən Beynəlxalq müsabiqəsində 2 yerin laureatı, dünya şöhrətli müsiqiçi Mixail Kazinnik tərəfindən təşkil edilən usta dərslərdə iştirak edib və fəal iştirakına görə fəxri diplomla təltif olunub.

Niderlandın Hilversum şəhərində “Perpetuum Mobile” fortepiano üzrə Beynəlxalq Müsabiqəsində II yerin laureatı, Polşanın Varşava şəhərində “Juliyus Zarebski” adına fortepiano üzrə XIV Beynəlxalq Müsabiqəsində II yerin laureatı, Rus Mədəniyyəti Mərkəzinin Mixail Lermontovun 200 illik yubileyi ilə əlaqədar keçirdiyi “Rodniki Dushi” adlı X respublika müsabiqə-festivalında ən yaxşı rus xalq və klassik musiqisinin ifasına görə I yerin laureatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Muğam mərkəzində keçirilmiş “İstedadlı Uşaqlar Festivalı”nda musiqi sahəsində qazandığı uğurlara və nailiyyətlərinə görə “Azərbaycanın Gələcəyi” mükafatına layiq görülüb və diplomla təltif olunub.

2014-cü ilin may ayında Mədəniyyət Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümumməktəb festivalında uğurlu çıxışına görə I dərəcəli diplomla təltif olunub. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrləri ilə konsertlər verib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi çoxsaylı tədbirlərin və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub. 

Suada Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunudur. 

Elvin Elxan