Van Qoqun bu əsəri ilk dəfə sərgiyə çıxarıldı - Fotolar

van-qoqun-bu-eseri-ilk-defe-sergiye-cixarildi
Oxunma sayı: 1532

Dünya şöhrətli rəssam Vinsent Van Qoqun qara qələmlə çəkdiyi əsəri Niderlandın paytaxtı Amsterdamda ilk dəfə sərgilənib.

“Qafqazinfo” xəbər verir ki, əsər sərgidə yanvarın 2-dək qalacaq, daha sonra isə özəl kolleksiya sahiblərinə geri qaytarılacaq.

Van Qoq muzeyi rəssamın daha əvvəl görülməmiş, yorğun, yaşlı bir şəxsin təsvir edildiyi əsərinin yeni tapıldığını təsdiqləyib.

Muzey “Study for Worn Out” adlı əsərin 1882-ci ildə, yəni Van Qoqun karyerasının yeni başladığı dönəmdə çəkildiyini açıqlayıb.

Sözügedən əsər yüz ildən artıqdır niderlandlı bir ailənin şəxsi kolleksiyasında qorunub və ilk dəfə Amsterdamdakı muzeydə sərgilənib.