Van Qoqun gizli avtoportreti tapıldı

van-qoqun-gizli-avtoportreti-tapildi
Oxunma sayı: 2500

Məşhur holland rəssamı Vinsent Van Qoqun rəsmlərindən birinin arxasında gizli avtoportreti aşkar edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Şotlandiya Milli Qalereyası açıqlama verib.

Van Qoqun əvvəllər naməlum olan şəkli təsadüfən onun “Kəndli qadının başı” əsərinin arxasında rentgen şüaları ilə aşkar edilib.

Rəsm çəkərkən kətanlarını çevirərək təkrar istifadə etməsi ilə tanınan Van Qoqun avtoportreti 1885-ci ildəki əsərdə karton və yapışqan təbəqələrinin arxasında gizli qalıb.

Şotlandiya Milli Qalereyasının Baş Şəkil Konservatoru Lesley Stevenson, “Şəkli ilk dəfə görəndə çox həyəcanlandıq. Belə böyük kəşf konservatorun həyatında bir və ya iki dəfə olur” deyib.

Qalereya rəsmiləri avtoportretin üzərini örtən yapışqan və kartonun əsərə zərər vermədən çıxarılması üçün çalışdıqlarını bildirdilər.

Van Qoqun tapılan bu rəsmi Edinburqdakı Kral Şotlandiya Akademiyasında sərgilənəcək.