Vanın Gevaş vilayətində PKK terrorçularının yola öncədən yerləşdirdiyi bomba hərbi polis maşını keçərkən partlayıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6 polis xəsarət alıb.
Yaralı polislər Vanda xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Terrorçuların yaxalanması istiqamətində əməliyyat aparılır.
Son xəbərlər
Son Xəbərlər