Vantau sahillərində güclü zəlzələ

vantau-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1103

Vantau sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Sola şəhərindən 104 km şimal-qərbdə, ocağı isə 137 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.