Vanuatu sahillərində güclü zəlzələ

vanuatu-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1153

Vanuatu sahillərində 6,7 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verir.

Yeraltı təkanların episentri 36 minə yaxın əhalisi olan Port-Vila şəhərindən 58 kilometr qərbdə, ocağı isə 14 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı edilməyib.