Vaqif Axundov oğlu ilə bağlı yayılan xəbərdən danışdı

vaqif-axundov-oglu-ile-bagli-yayilan-xeberden-danisdi
Oxunma sayı: 17063


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov  “virtualaz.org” saytında “Vaqif Axundovun oğlu - “əyləncələr kralı”” adlı fotomaterialın dərc olunmasına qısa münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, General-polkovnik V.Axundov Publika.Az-a açıqlamasında deyib: “Mənim və oğlum haqqında nə yazırlar yazsınlar. Mən heç vaxt bundan incimərəm. Bu cür yazılardan narahat deyiləm”.

Xatırladaq ki, sözügedən yazıda Vaqif Axundovun oğlu Murad Axundovun dəbdəbəli həyat tərzindən və bahalı ziyafətlərindən bəhs olunur.