Şair Vaqif Bayatlı Odərin səhhəti yenidən Türkiyə tibbinə həvalə olunacaq.
“Qafqazinfo” xəbər verir ki, şairin həyat yoldaşı Tamam Bayatlı Teleqraf.com-a bildirib ki, bir neçə ay öncə Vaqif Bayatlı beyin əməliyyatı keçirib:
“Həkimiylə danışdıq bu günlərdə, nəzarət baxışı üçün bu ayın sonu yenidən Türkiyəyə gedəcəyik. Səhhəti imkan verərsə, ürək əməliyyatı olunmalıdır bu dəfə”.
“Bəs hal-hazırda şairin vəziyyəti necədir”? - sualına isə Tamam Bayatlı belə cavab verib: “Hal-hazırda psixoloji olaraq özünü əməliyyata hazırlayır. Məndən başqa heç kimlə ünsiyyətə girmir. Həddindən artıq həssas olub bu aralar”.
Son xəbərlər
Son Xəbərlər