Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri xanım Meaze Gebremedhin Gebreegzinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycan və Efiopiya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.
Vaqif Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi əhəmiyyətdən danışaraq, 2011-ci ildən başlayaraq hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun, həmçinin 25-27 aprel 2016-cı il tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirildiyini qeyd etdi.
Dövlət tərəfindən təşkil edilən beynəlxalq forumlar, konfranslar, dəyirmi masalar və mədəni aksiyaların ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələrini və dünya xalqlarını bir araya gətirərək Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq mühitinin daha da möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Efiopiya dövlət naziri xanım Meaze Gebremedhin Gebreegzini tərəfindən səmimi qəbula görə nazirin birinci müavininə təşəkkürünü bildirib, həmçinin Efiopiya və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafına inam ifadə edilib.
Son xəbərlər
Son Xəbərlər