Vaqif Əsədovun qızı vəfat etdi

vaqif-esedovun-qizi-vefat-etdi
Oxunma sayı: 7035

Mərhum Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovun qızı Xuraman Əsədova vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ailənin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edək ki, 2021-ci ildə Xuraman Əsədovanın Ukraynada təhsil alan oğlu Emil Əsədov vəfa etmişdi. Gənc oğlunun vəfatından sonra onun səhhətində problemlərin yarandığı bildirilir.

Xatırladaq ki, V.Əsədov ötən il dünyasını dəyişib.