17 iyulda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun İsmayıllı rayonunda Ağdamdan olan keçmiş məcburi köçkünlərlə səyyar qəbul-görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.





Son xəbərlər
Son Xəbərlər