Vaqif Həsənov səyyar qəbul keçirib

vaqif-hesenov-seyyar-qebul-kecirib
Oxunma sayı: 4257

Ötən gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun İsmayıllı rayonunun Qarabağ qəsəbəsində ağdamlı məcburi köçkünlərlə səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. 

Çıxış edən Vaqif Həsənov Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. 

Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək nəzarətə götürüb. Qəbuldan sonra RİH başçısı İsmayıllı rayonunun Qarabağ qəsəbəsində məskunlaşan Vətən müharibəsi şəhidi Həsənquliyev Nicat Aydın oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Nicat Həsənquliyevin valideynləri ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.