Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunacaq

vaqif-mustafazadenin-75-illik-yubileyi-qeyd-olunacaq
Oxunma sayı: 893


Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Heydər Əliyev Sarayında keçiriləcək yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığına həsr olunan sərgi açılacaq və musiqiləri səslənəcək.

Yubiley tədbirləri çərçivəsində martın 16-da Bakı Caz Mərkəzində konsert proqramının keçirilməsi də nəzərdə tutulub.