Müğənni Vaqif Nağıyevin Bakıda ikinci dəfə toyu olub.
“Qafqazinfo”nun axşam.az-ın məlumatına görə, Ukraynada keçirilən "Ukraynanın səsi" yarışmasından tanınan ifaçı Elmira adlı xanımla ailə qurub. Cütlüyün toyu Binə Atçılıq Mərkəzində baş tutub.
Toyda əməkdar artist Almaz Ələsgərli, bəstəkar Gövhər Həsənzadə, müğənni Çingiz Mustafayev, "Z company"nin rəhbəri Zamiq Yunisov, dicey Çingiz Mustafayev də iştirak edib.
Qeyd edək ki, Vaqif və Elmira cütlüyünün ilk toyu avqustun 24-də Ukraynada olmuşdu.
















Son xəbərlər
Son Xəbərlər