Vaqif Sadıqovun “Anji”dəki taleyinə aydınlıq gəldi

vaqif-sadiqovun-anjideki-taleyine-aydinliq-geldi
Oxunma sayı: 655

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın ikinci yığmasının baş məşqçisi Yuri Krasnojan bundan sonra “Anji”ni çalışdıracaq. Lakin Krasnojan həm də Rusiyanın ikinci yığmasındakı fəaliyyətini davam etdirəcək. 48 yaşlı baş məşqçinin köməkçiləri isə dəyişməyib. Vaqif Sadıqov, Andrey Qordeyev və Roberto Karlos əvvəlki vəzifəsində qalıb.

Qeyd edək ki, əvvəllər Nalçik “Spartak”ına və “Lokomotiv”ə rəhbərlik edən Krasnojanın “Anji” ilə bağladığı müqavilənin müddəti 5 ildir.

Ceyhun Əhmədov