Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsi qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssisin istefası federasiya rəhbərliyi tərəfindən qəbul edilib. O, səhhəti ilə bağlı milli komandadan ayrılmaq qərarına gəlib.
Artıq yeni baş məşqçi ilə danışıqlara start verildiyi bildirilir. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.
Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.
Son xəbərlər
Son Xəbərlər