“Vaqner”də yoluxucu xəstəliklər aşkarlandı

vaqnerde-yoluxucu-xestelikler-askarlandi
Oxunma sayı: 3516

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə bağlı dəhşətli həqiqət üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Baş Qərargahından məlumat verilib.

Belə ki, yaralı rus muzdlularının Ukrayna xəstəxanalarında müalicə olunduğu zaman onlarda QİÇS, sifilis və vərəm kimi yoluxucu xəstəliklərin olduğu üzə çıxıb.

Hətta bir müddət həkimlər yoluxuculuq baxımından yaralıları müalicə etmək istəməyib.

 “Vaqner” qrupunun əsgərlərinin əvvəllər qaldıqları həbsxanalarda həmin xəstəliklərə yoluxduğu məlum olub.