“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Belarusu tərk edərək Rusiyaya qayıda bilərlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UNİAN nəşri məlumat yayıb.
Amerika Müharibələrin Tədqiqatı İnstitutu bildirib ki, bunun baş verməsi Rusiya Prezidenti Vladimir Putinlə Yevgeni Priqojin arasında razılaşmaların pozulmasına gətirib çıxara bilər.
Bildirilib ki, “Vaqner” döyüşçüləri Belarusdan geri çəkilmənin birinci mərhələsini həyata keçirirlər. İndi onların 500-dən 600-ə qədər üzvünün Krasnodar, Voronej və Rostov vilayətlərinə köçürüldükləri iddia edilir.
İkinci mərhələnin isə avqustun 13-dən sonra başlanması nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər