“Vaqner” özəl hərbi şirkətinin Rostov-na-Donuya yeritdiyi hərbi texnikanın görüntüləri üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, həmin videoda vaqnerçilərin tankları görünür. Hətta tanklardan birinin darvazadan keçə bilməyərək ilişib qalmağı da diqqətdən yayınmayıb.
Həmçinin oxuyun: Пригожин встретился с заместителем Шойгу - Видео
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.
Priqojin bunun qisasını alacağını açıqlayıb. Rostov-na-Donuya qoşun yeridən Priqojin Moskvaya doğru irəliləyəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər