Vaqondan 10 kq-dan çox narkotik çıxdı

Vaqondan 10 kq-dan çox narkotik çıxdı
Oxunma sayı: 659

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə 1 ədəd “F-1” markalı qumbara və 10 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi