“VAR avadanlığı 10 stadionda quraşdırılacaq” - Stuxlik

var-avadanligi-10-stadionda-qurasdirilacaq
Oxunma sayı: 1191

“VAR sistemi ilə bağlı artıq müvafiq təcrübələr var”.

“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik qurumun bugünkü Hesabat Konfransında deyib. O bildirib ki, ötən il AFFA İcraiyyə Komitəsi bununla bağlı yol xəritəsi cızıb:

“VAR avadanlığı artıq əldə olunub. Bununla bağlı Almaniya, Polşa və Türkiyəyə ezamlar olundu. FIFA-nın VAR protokolu oyun qanunları və iştirak qanunlarına əsaslanır. Bizim kiçik devizimiz var: minimal müdaxilə və maksimum fayda. Video-hakim ancaq qol, penalti epizodu, birbaşa qırmızı və ya yanlış vərəqə məsələlərinə baxacaq. Proses üçün kifayət qədər zaman olmalıdır. VAR səhvləri müəyyənləşdirir və ən yaxşı qərarı verir”.

Stuxlik etiraf edib ki, bu sistem oyunlar zamanı müəyyən ləngimələr yaradacaq:

“Azərbaycanda VAR otağı Bakı Olimpiya Stadionunda daha münasib sayılır. Onlayn tanışlıq seminarından sonra üç dəfə Türkiyəyə getdik, Rivada müəyyən addımlar atıldı. Növbəti təlim Azərbaycanda olacaq. Matç saylarına görə 37 nəfər cəlb olundu. Almaniya şirkətinin bizim üçün tətbiq etdiyi avadanlığın 10 stadionda quraşdırılması planlaşdırılır. Tofiq Bəhramov adına Respublika Stadionu və “Dalğa Arena”da da bu sistem quraşdırılacaq.

Bunu fevralın 20-dək reallaşdırmağı planlaşdırırıq. Amma pandemiyaya görə bir qədər ləngiyəcək. Fevralın sonu və ya martın əvvəlinə bunu təmin etməyi düşünürük. Bu addımlar yekunlaşdıqdan sonra FIFA tərəfindən sertifikatlar olacaq və ondan sonra martın sonu, aprelin əvvəlinə VAR-ın istifadəsinə başlanılacaq”.

Qeyd edək ki, VAR (Video assistant referee) video-köməkçi hakim texnologiyasıdır. Əsas hakimə videoyazı ilə oyunun mübahisəli nöqtələrində qərarlar qəbul etməyə imkan verir.

Həmçinin oxuyun: “Çalışacağıq ki, VAR bu mövsüm tətbiq olunsun” - Elxan Məmmədov