Hazırda bir çox futbol platformasında tətbiq olunan VAR sistemi Azərbaycana da gələcək.
“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport” telekanalında “Təkbətək” verilişində deyib.
Məmmədov martın 4-də keçiriləcək AFFA-nın konfransında bu sistemin təqdimatının olacağını söyləyib:
“Öncə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edərək belə bir istəkdə olduğumuzu bildirəcəyik. Cavab böyük ehtimalla müsbət olacaq”.
Baş katib bu istiqamətdə tender elan olunacağını vurğulayıb:
“Hazırda VAR sisteminin quraşdırılması ilə məşğul olan 3 şirkət var. Tender prosesinin yekunu 3-4 ay çəkə bilər. Daha sonra 10 ay ərzində təlimlər tətbiq olunacaq və nəhayət, VAR tətbiq olunacaq”.
Son xəbərlər
Son Xəbərlər